Yuxarı
    Bağlamaq

    Ötən ay Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 17 mindən çox müraciət daxil olub

    Vətəndaşlar daha çox diplomların tanınması ilə bağlı müraciət edir

    Bakı. 3 mart. REPORT.AZ/ Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt" xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2016-cı ilin fevral ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Nazirlikdən "Report"a verilən məlumata görə, bir ayda 17 101 müraciətə baxılıb.

    Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 12 788 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 18 dəfə çox, 2014-cü il ilə müqayisədə 3,3 dəfə çox, 2015-ci il ilə müqayisədə isə 2,3 dəfə çox) daxil olub.

    Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 4 313 vətəndaşa xidmət göstərilib.

    "Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1353 sənədlər (661 məktub, 527 ərizə, 165 digər sənədlər) qəbul olunub və qeydiyyata alınıb", - nazirlikdən bildirilib.

    Daxil olan müraciətlərdən daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu və yerdəyişməsi, yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, təhsil haqqından azad olunması ilə bağlı məsələlər əksini tapıb.

    Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (3368 zəng) və çərşənbə (2611 zəng) günləri, əsasən, saat 10:00-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (1154 müraciət), çərşənbə axşamı (833 müraciət) və çərşənbə (831 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi