Yuxarı

Ötən ay Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 7 930 müraciət daxil olub

​Ötən ay Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 7 930 müraciət daxil olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində bu ilin may ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

İdarədən "Report"a verilən məlumata görə, qeyd olunan müddət ərzində ümumilikdə, 7 930 müraciət daxil olub.

Bildirilib ki, daxil olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 2 691 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 3 359 vətəndaş müraciəti daxil olub. 235 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

Vətəndaşların Qəbulu Mərkəzində 1 325 sənəd (vətəndaşlar tərəfindən 250 ərizə, Təhsil Nazirliyindən 246, digər qurumlardan 248, məktəblərdən 370 məktub, 91 strukturdaxili yazışma və 120 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin 320 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagirdlərin yerdəyişməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı və digər məsələləri əhatə edib.

Qeyd edək ki, may ayı ərzində, həmçinin BŞTİ rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirakı ilə Bakının 10 rayonu (Xəzər, Sabunçu, Pirallahı, Qaradağ, Səbail, Yasamal, Nəsimi, Binəqədi, Suraxanı və Xətai rayonları) üzrə səyyar qəbullar keçirilib. Səyyar qəbullarda müəllim və valideynlərin müraciətləri dinlənilib, qaldırılan bir sıra müraciətlər operativ şəkildə cavablandırılıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi