Orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilən imtahanın nəticələri elan edilib

Orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilən imtahanın nəticələri elan edilib Qəbul olanlar iyulun 31-dək qeydiyyatdan keçməlidirlər
Elm və təhsil
22 İyul , 2015 18:08
Orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilən imtahanın nəticələri elan edilib

Bakı. 22 iyul. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilmiş müsabiqənin nəticələrini elan edib. TQDK-dan "Report"a verilən məlumata görə, müsabiqənin nəticələri haqqında məlumatı həmçinin Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla abituriyentin iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənmək olar.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar 2015-ci il iyulun 23-dən 31-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.

Son xəbərlər

Orphus sistemi