Akif Əlizadə: "Ölkə daxilindəki elmi ekspedisiyalara ayrılan pulun miqdarı artırılmalıdır"

Akif Əlizadə: "Ölkə daxilindəki elmi ekspedisiyalara ayrılan pulun miqdarı artırılmalıdır" "Maliyyəçilər razılaşmırlarsa, mən də onlarla razılaşmıram"
Elm və təhsil
16 Yanvar , 2015 09:08
Akif Əlizadə: Ölkə daxilindəki elmi ekspedisiyalara ayrılan pulun miqdarı artırılmalıdır

Bakı. 16 yanvar. REPORT.AZ/ "Ölkə daxilində aparılan ezamiyyətlər üçün ayrılan maliyyə vəsaitlərinin məbləğinin artırılması labüddür. Əslində, burada söhbət əsasən elmi ekspedisiyalara ayrılan puldan gedir. Bu da çöl işləri, yəni elmi tədqiqat işlərinin davamıdır. Akademiya rəhbərliyinə gələn gündən elmi ekspedisiyalar haqqında məsələ qaldırmışam". Bunu AMEA prezidenti Akif Əlizadə "Report"un sualını cavablandırarkən deyib.

O bildirib ki, həmin tədqiqatlar alimin elmi uğurlarının inkişaf mərhələləridir: "Məsələni dəfələrlə qabartmışam. Maliyyə vəsaitlərinin artırılması ilə bağlı təkliflər aidiyyəti üzrə dövlət qurumlarına, o cümlədən Nazirlər Kabinetinə göndərilib. Əfsus ki, hələ də bu məsələyə tutarlı cavab ala bilmirik. Yəni, hələlik bu məsələyə baxılır. Lakin mövqeyim dəyişilməzdir. Hər zaman bu məsələdə israrlı olacam. Maliyyəçilər razılaşmırlarsa, mən də onlarla razılaşmıram. Ola bilsin desinlər ki, pul yoxdur, ancaq mən deyəcəm ki, tapın. Ona görə də bu məsələdə mübarizədəyik. Hər iki tərəf israrlıdır, görək nəticədə kim qalib gələcək".

A.Əlizadə, həmçinin əlavə edib ki, ezamiyyət pullarının artırılması hər zaman gündəmdədir: "Qeyd edim ki, xarici ezamiyyət artıq tənzimlənib. Yəni, bu sahə üçün ayrılan vəsait qaneedicidir".

Son xəbərlər

Orphus sistemi