TQDK: Oğlan abituriyentlər ödənişli ixtisaslara daha çox üstünlük verir

TQDK: Oğlan abituriyentlər ödənişli ixtisaslara daha çox üstünlük verir Aşağı bal topladıqları üçün 25 881 oğlan və 20 162 qız müsabiqədən kənarda qalıb
Elm və təhsil
29 Mart , 2016 15:12
TQDK: Oğlan abituriyentlər ödənişli ixtisaslara daha çox üstünlük verir

Bakı. 29 mart. REPORT.AZ/ Daha kiçik bal intervalları (0-100, 100-200, 200-300, 300-500, 500-600, 600-700) daxilində oğlan və qız abituriyent seçmələri üzrə ayrılıqda aparılan araşdırmalar göstərir ki, yalnız ən aşağı (0-100) bal intervalında oğlan abituriyentlərin nisbi çəkisi daha yüksəkdir. "Report"un məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının apardığı 2015/2016-cı tədris ili üçün imtahan nəticələrinin elmi-statistik təhlilində bildirilir.

Belə ki, qəbul imtahanlarında iştirak edən oğlanların 42.1, qızların isə yalnız 31.6%-i 100-dən az bal toplayıb. Qalan bütün bal intervallarında qızlar (nisbi) sayca üstünlüyə malik olub.

Aşağı bal topladıqları üçün 25 881 oğlan və 20 162 qız müsabiqədən kənarda qalıb. Qəbul imtahanlarında iştirak edən qızların yalnız 51.78, oğlanların isə 44.91%-i müsabiqədə iştirak etmək hüququ qazanıb.

Bütövlükdə, qəbul olan abituriyentlərin 48.19%-ni oğlanlar, 51.81%-ni isə qızlar təşkil edib. Bu göstərici dövlət sifarişi əsasında qəbul olanlar arasında müvafiq olaraq 43.68% və 56.32%-ə, ödənişli əsaslarla qəbul olanlar arasında isə 50.82% və 49.18%-ə bərabər olub. Göründüyü kimi, oğlan abituriyentlər ödənişli ixtisaslara daha çox üstünlük verməsi nəticəsində ödənişli ixtisaslara qəbul olanlar arasında oğlan abituriyentlər üstünlük təşkil edirlər.

Son xəbərlər

Orphus sistemi