AMEA Rəsədxanası: "Noyabrın 2-si və 5-i arası geomaqnit qasırğası gözlənilir"

AMEA Rəsədxanası: "Noyabrın 2-si və 5-i arası geomaqnit qasırğası gözlənilir" Səbəb Günəşdən gözlənilən yüksək sürətli plazma küləyidir
Elm və təhsil
29 Oktyabr , 2015 09:56
AMEA Rəsədxanası: Noyabrın 2-si və 5-i arası geomaqnit qasırğası gözlənilir

Bakı. 29 oktyabr. REPORT.AZ/ Bu gün Yer kürəsində geomaqnit həyəcanlaşması olacaq. Bu barədə "Report"a AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev məlumat verib.

E.Babayev bildirib ki, buna səbəb Yerin heliosfer cərəyan təbəqəsindən keçməsidir.

O, həmçinin xarici mətbuatda noyabrın əvvəlində Yer kürəsində maqnit qasırğalarının olması iddialarına da münasibət bildirib. Direktor müavini əlavə edib ki, bu cür mötəbər olmayan proqnozlara inanmaq məsləhət deyil: "Çünki ən azı 3-4 gün qabaq verilən proqnoz nisbətən etibarlı olur. Ancaq bizdə olan məlumata görə, noyabrın 2-si və 5-i arası geomaqnit qasırğası gözlənilir. Səbəb Günəşdən gözlənilən yüksək sürətli plazma küləyidir". 

Son xəbərlər

Orphus sistemi