Yuxarı

Növbəti tədris ilindən 149 müəllim yeni iş yerlərində çalışacaq

227 müəllim müsahibə mərhələsinə çata bilməyib

Bakı. 25 may. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi üzrə 2016-cı ilin may ayında üç mərhələli (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) müsabiqə yekunlaşıb.

İdarədən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, müsabiqədə iştirak etmək istəyən 393 müəllimdən müsabiqənin birinci – elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi mərhələsində daxil olan elektron ərizələrin və təqdim edilən sənədlərin təhlili aparılaraq onlardan 297 nəfəri müsabiqənin növbəti - test imtahanı mərhələsinə buraxılıb.

"Müsabiqənin ikinci – test imtahanı mərhələsində 288 nəfər iştirak edib. Test imtahanının nəticələrinə və seçdikləri yerlərə uyğun olaraq 176 nəfər müsabiqənin növbəti – müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Müsabiqənin üçüncü – müsahibə mərhələsində isə 166 nəfər iştirak edib. 10 nəfər müsahibəyə gəlməyib. Müsabiqənin yekunu olaraq, müvafiq müəssisə rəhbərlərinin əsaslandırılmış rəyi nəzərə alınaraq müsahibə mərhələsində iştirak edən namizədlərdən 149 müəllimin iş yerinin dəyişdirilməsi məqsədəuyğun hesab edilib.

Yeni tədris ilindən etibarən yerlərini dəyişən müəllimlər yeni iş yerlərində çalışmağa başlayacaqlar", - idarədən qeyd olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi