Növbəti tədris ilində Gəncə, Sumqayıt və Abşeronda I sinfə gedəcək şagirdlərin sayı açıqlanıb

Növbəti tədris ilində Gəncə, Sumqayıt və Abşeronda I sinfə gedəcək şagirdlərin sayı açıqlanıb Nazirlik rəsmisi əlavə edib ki, ötən il ölkə üzrə 5 yaşı tamam olan uşaqların 55, bu il isə 65 faizi məktəbəhazırlıq qruplarında təhsil alıb
Elm və təhsil
21 Fevral , 2018 13:03
Növbəti tədris ilində Gəncə, Sumqayıt və Abşeronda I sinfə gedəcək şagirdlərin sayı açıqlanıb
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov / Report/ Elchin Murad

Bakı. 21 fevral. REPORT.AZ/ "2018/2019-cu tədris ili üçün Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunda təqribən 16-17 min nəfər şagirdin 1-ci sinfə gedəcəyi gözlənilir".

"Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin şagirdlərin 60 faizi, yəni 8 min nəfərdən çoxu məktəbəhazırlıq qruplarında təhsil aldıqları üçün onlar 1-ci sinfə birbaşa qəbul olunacaqlar.

Nazirlik rəsmisi əlavə edib ki, ötən il ölkə üzrə 5 yaşı tamam olan uşaqların 55, bu il isə 65 faizi məktəbəhazırlıq qruplarında təhsil alıb.

Son xəbərlər

Orphus sistemi