Yuxarı

Təhsil Nazirliyi növbəti “Novruz mühazirəsi”ni Qazaxda keçirəcək

​Növbəti “Novruz mühazirəsi” Qazaxda keçiriləcək
İkinci “Novruz mühazirəsi”nin informasiya dəstəyi “Real” televiziyasına və “Report” İnformasiya Agentliyinə məxsusdur

Martın 12-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Qazax şəhərində “100 yaşlı maarif işığı: Qazax Müəllimlər Seminariyası” adlı ikinci “Novruz mühazirəsi” keçiriləcək. Tədbirdə millət vəkilləri, təhsil ekspertləri, media nümayəndələri iştirak edəcəklər.

Nazirlikdən “Report”a verilən məlumata görə, “100 yaşlı maarif işığı: Qazax Müəllimlər Seminariyası” adlı ikinci “Novruz mühazirəsi”ni akademik Nizami Cəfərov təqdim edəcək.

Mühazirədə Qazax Müəllimlər Seminariyasının Azərbaycanın maarif tarixində oynadığı rol, fəaliyyəti, tanınmış yetirmələri barədə ətraflı məlumat veriləcək. Təhsil Nazirliyi 2016-cı ildən etibarən “Novruz mühazirələri” keçirir. Mühazirələrdə millət vəkilləri, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri tərəfindən Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər ictimaiyyətə çatdırılır.

İkinci “Novruz mühazirəsi”nin informasiya dəstəyi “Real” televiziyasına və “Report” İnformasiya Agentliyinə məxsusdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi