"Nizami Gəncəvi adına Qızıl medal" Nərgiz Paşayevaya təqdim olunub

"Nizami Gəncəvi adına Qızıl medal" Nərgiz Paşayevaya təqdim olunub Mükafat alimə AMEA Rəyasət Heyətinin 2016-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan Ümumi yığıncaqda təqdim olunub
Elm və təhsil
28 Aprel , 2017 12:04
Nizami Gəncəvi adına Qızıl medal Nərgiz Paşayevaya təqdim olunub
Report.az

Bakı. 28 aprel. REPORT.AZ/" "Azərbaycan Respublikası Nizami Gəncəvi adına Qızıl medalı" başqa xadimə də nəsib ola bilərdi. Bilirsiniz ki, bu mükafata məni layiq gördülər. Buna görə müəllimlərimə təşəkkür edirəm. Çünki mən də müəllimlərimdən öyrənmişəm. Bu mükafatın dəyərini, məsuliyyətini anlayıram".

"Report"un xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Nərgiz Paşayeva deyib.

Mükafat alimə AMEA Rəyasət Heyətinin 2016-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan Ümumi yığıncaqda təqdim olunub.

N.Paşayeva vurğulayıb ki, dünyada aqillər həmişə qüvvətli, cahillər isə zəif olublar: "İstərdim ki, kiçik bir əməyim elmimizi daha da qüvvətli etsin. Azərbaycan elmi fikri, düşüncəsi beynəlxalq müstəvidə, Oxford kimi universitetdə öz təzahürünü və təsdiqini tapsın. Çünki o universitetin devizi "Tanrı məni işıqlandırdı"dır. Nizami Gəncəvi yazırdı, mənim misralarım işıq saçır. Ona görə də bu gün Nizami işığının təntənəsidir. Bu nailiyyəti təkcə özümə şamil etmirəm".

Qeyd edək ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevaya bu mükafat müstəqillik illərində elm, təhsil sahəsində həyata keçirilən mühüm beynəlxalq layihə-Oxford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq mərkəzinin, Nizami Gəncəvi fondunun yaradılması və səmərəli təmin edilməsi, Azərbaycan ədəbiyyatının dünya miqyasında tədqiq olunması sahəsindəki müstəsna xidmətlərinə görə verilib.

Son xəbərlər

Orphus sistemi