Yuxarı

Nəzəriyyəçi fizik Stiven Hokinqin dissertasiyasına olan maraq Kembric Universitetinin saytını çökdürüb

Nəzəriyyəçi fizik Stiven Hokinqin dissertasiyasına olan maraq Kembric Universitetinin saytını çökdürüb
Gün ərzində elmi işi 60 mindən çox insan oxuyub

Bakı. 24 oktyabr. REPORT.AZ/ Böyük Britaniyadan olan nəzəriyyəçi fizik Stiven Hokinqin 1966-cı ildə yazdığı dissertasiyanın tam məntinə girişi açıq etməsi Kembric Universitetinin saytını çökdürüb.

"Report" TIME nəşrinə istinadən xəbər verir ki, Hokinqin kainatın genişlənməsinin nəticlərinə dair elmi işinin mətnini gün ərzində 60 mindən çox insan oxuyub.

"Yer kürəsinin istənilən nöqtəsində olan insan təkcə mənim işimə deyil, istənilən böyük və düşünən beyinin bəşəri biliklərin bütün məsələlər dairəsinə həsr olunmuş işinə pulsuz sərbəst giriş əldə etməlidir", - deyə Hokinq bildirib.

Bunadək elmi əsərin mətni ilə universitetin kitabxanasında tanış olmaq mümkün idi və ya 85 dollara skan edilmiş surətini əldə etmək olardı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi