Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru Nərgiz Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının yaradılması və inkişafındakı, Rusiyanın bu qabaqcıl ali məktəbi ilə səmərəli əməkdaşlığın qurulmasındakı görkəmli xidmətlərinə görə MDU-nun Fəxri professoru diplomuna layiq görülüb.
“Report” AzərTAc-a istinadən xəbər verir ki, fəxri diplom professor Nərgiz Paşayevaya yanvarın 26-da Rusiyanın paytaxtında Moskva Dövlət Universitetinin 260 illik yubileyinə həsr olunmuş təntənəli iclasda təqdim edilib.