Nərgiz Paşayeva: “Moskva Dövlət Universitetinin Bakı filialında fizika fakültəsi açılacaq”

Nərgiz Paşayeva: “Moskva Dövlət Universitetinin Bakı filialında fizika fakültəsi açılacaq” Fizika fakültəsinin ilk tələbələri Moskva komissiyasının ciddi imtahanlarından çıxanlar olacaq
Elm və təhsil
23 İyul , 2016 14:59
Nərgiz Paşayeva: “Moskva Dövlət Universitetinin Bakı filialında fizika fakültəsi açılacaq”

Bakı. 23 iyul. REPORT.AZ/ “Bu ildən Moskva Dövlət Universitetinin Bakı filialında fizika fakültəsi açılacaq”.

"Report xəbər verir ki, bunu Moskva Dövlət Universitetinin Bakı filialının iqtisadiyyat fakültəsinin ilk məzunlarına diplomların təqdim edilməsi mərasimində ali təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva deyib.

O bildirib ki, fizika fakültəsinin ilk tələbələri Moskva komissiyasının ciddi imtahanlarından çıxanlar olacaq: “Bu mühüm hadisə münasibətilə hamınızı təbrik edirəm! Biz Azərbaycan Prezidenti İlham Əliyevə bu təşəbbüsü dəstəklədiyinə görə təşəkkür edirik. Bizə hər zaman kömək edən və bizi dəstəkləyən əziz, hörmətli Viktor Antonoviç Sadovniçiyə təşəkkür edirik. Həmçinin, kimya və riyaziyyat fakültələri ilə yanaşı, bir neçə il əvvəl fizika fakültəsinin açılması planımızı - bu mühüm elmi-təhsil layihəsinin reallaşmasına kömək edən hər kəsə “Sağ olsun!” deyirəm. Xüsusilə o adamlara ki, MDU-nun fizika fakültəsi və onun nəzdində elmi-tədqiqat mərkəzlərinin – sadəcə dəb brendi və ya piyar-layihə kimi pulla almaq və hara gəldi aparmaq mümkün olmamasını bir daha sübut etdilər. Fizika elm okeanında “zümrüd adasıdır” və fizika fakültəsini yanlış istiqamətə buraxmaq olmazdı. Bunun qarşısını alan hər kəs sağ olsun! Fakültə açılmalı olduğu yerdə - Moskva Dövlət Universitetinin Bakı filialında açılır”.

Son xəbərlər

Orphus sistemi