Nərgiz Paşayeva "Birlik ulduzları" dövlətlərarası mükafatına layiq görülüb

Nərgiz Paşayeva "Birlik ulduzları" dövlətlərarası mükafatına layiq görülüb Bakı. 9 iyun. REPORT.AZ/ Birlik ulduzları dövlətlərarası mükafatın 2017-ci il üçün laureatlarının adları açıqlanıb. Report TASS-a istinadən xəbər verir ki, siyahıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin təhsil sahəsi üzrə vitse-prezidenti, filoloq Nərgiz Paşayevanın da adı var.
Elm və təhsil
9 İyun , 2018 14:36
Nərgiz Paşayeva Birlik ulduzları dövlətlərarası mükafatına layiq görülüb

Bakı. 9 iyun. REPORT.AZ/ "Birlik ulduzları" dövlətlərarası mükafatın 2017-ci il üçün laureatlarının adları açıqlanıb. "Report" TASS-a istinadən xəbər verir ki, siyahıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin təhsil sahəsi üzrə vitse-prezidenti,  filoloq Nərgiz Paşayevanın da adı var.

N. Paşayeva elm sahəsində "Birlik ulduzları" mükafatının laureatı olub.

Laureatların təntənəli mükafatlandırılma mərasimi iyunun 19-20-də Astanada MDB üzvü yaradıcı və elmi ziyalılarının XIII Forumunda keçiriləcək. 

Qeyd edək ki, "Birlik ulduzları" dövlətlərarası mükafatı 2009-cu ildə MDB üzvü olan dövlətlərin humanitar əməkdaşlıq şurası tərəfindən təsis edilib. Mükafat hər il 3 kateqoriya üzrə verilir: elm və təhsil, mədəniyyət və incəsənət, humanitar fəaliyyət.

Son xəbərlər

Orphus sistemi