Neftçalada məktəblilərə fövqəladə hallarla bağlı ensiklopediyalar paylanılıb

Neftçalada məktəblilərə fövqəladə hallarla bağlı ensiklopediyalar paylanılıb Layihənin məqsədi uşaqlar üçün risklərin azaldılması və onlara fövqəladə hallar zamanı zəruri yardımın göstərilməsinı öyrətməkdir
Elm və təhsil
31 Yanvar , 2017 17:21
Neftçalada məktəblilərə fövqəladə hallarla bağlı ensiklopediyalar paylanılıb

Bakı. 31 yanvar. REPORT.AZ/ YUNİSEF və ECHO-nun (Extension for Community Healthcare Outcomes) birgə layihəsi çərçivəsində Neftçala rayonunun Aşağısurra kəndində 5-9-cu sinif şagirdlərinə fövqəladə hallarla bağlı ensiklopediyalar paylanılıb.

"Report" YUNİSEF-in Azərbaycan nümayəndəliyinə istinadən xəbər verir ki, ensiklopediyaları uşaqlara ECHO-nun nümayəndasi Sercan Stoyanoviç və YUNİSEF-in fövqəladə hallar üzrə beynəlxalq mütəxəssisi Tatyana Ten təqdim edib.

Layihənin əsas məqsədi uşaqlar üçün risklərin azaldılması və onlara fövqəladə hallar zamanı zəruri yardımın göstərilməsinı öyrətməkdir.

Son xəbərlər

Orphus sistemi