"Neft və geoekologiya" mövzusunda gənc tədqiqatçıların və tələbələrin I beynəlxalq məktəb-seminarı başlayıb

"Neft və geoekologiya" mövzusunda gənc tədqiqatçıların və tələbələrin I beynəlxalq məktəb-seminarı başlayıb Bakı. 3 dekabr. REPORT.AZ/ Dekabrın 3-də Neft və geoekologiya mövzusunda gənc tədqiqatçıların və tələbələrin I beynəlxalq məktəb-seminarı işə başlayıb.
Elm və təhsil
3 Dekabr , 2018 13:41
Neft və geoekologiya mövzusunda gənc tədqiqatçıların və tələbələrin I beynəlxalq məktəb-seminarı başlayıb

Bakı. 3 dekabr. REPORT.AZ/ Dekabrın 3-də "Neft və geoekologiya" mövzusunda gənc tədqiqatçıların və tələbələrin I beynəlxalq məktəb-seminarı işə başlayıb.

Bu barədə "Report"a Elmin İnkişafı Fondunun mətbuat xidmətindən məlumat verilib. 

I beynəlxalq məktəb-seminar Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyi tərəfindən elan edilmiş dördüncü birgə qrant müsabiqəsinin (“Mənim ilk qrantım”) qalibi olan AMEA Neft və Qaz İnstitutunun “Neft və geoekologiya” layihəsi çərçivəsində keçirilir.

Tədbirin açılışında çıxış edən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev bildirib ki, elmin inkişafına diqqət, gənc tədqiqatçıların və tələbələrin elmi işlərinin dəstəklənməsi Azərbaycan dövlətinin əsas prioritet istiqamətlərindəndir. Tədbirdə 7 ölkədən gənc alimlərin iştirak etdiyini deyən İcraçı direktor beynəlxalq məktəb-seminarın elmi və multikultural əlaqələrin inkişafına töhfə verəcəyini deyib. Onun sözlərinə görə, bu, beynəlxalq məktəb-seminarın davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

Daha sonra tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İbrahim Quliyev, Gənclər və İdman Nazirliyinin şöbə müdiri İndira Hacıyeva və digərləri çıxış ediblər.

Tədbir plenar sessiyalarla davam edir.

Tədbir çərçivəsində çöl-tədqiqat işlərinin aparılması da nəzərdə tutulur. Beynəlxalq məktəb-seminar dekabrın 5-dək davam edəcək.

Beynəlxalq tədbirdə Rusiya, Ukrayna, Qazaxıstan, İtaliya, Almaniya, Gürcüstan və digər ölkələrdən alim və mütəxəssislər iştirak edir. 

Son xəbərlər

Orphus sistemi