Neft sahəsinə dair Terminoloji Lüğət nəşr olunub

Neft sahəsinə dair Terminoloji Lüğət nəşr olunub Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri irihəcmli “Azərbaycanca – ingiliscə – rusca terminoloji lüğət” kitabı işıq üzü görüb.
Elm və təhsil
19 Oktyabr , 2018 10:39
Neft sahəsinə dair Terminoloji Lüğət nəşr olunub
0 : 00
0 : 00

Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri irihəcmli  “Azərbaycanca – ingiliscə – rusca terminoloji lüğət” kitabı işıq üzü görüb.

Mərkəzdən "Report"a verilən məlumata görə, Rəsul Rəxşanlı, Təranə Əsgərqızı, Rəxşanə Rəxşanlı və Fərrux Rzayevin hazırladıqları kitaba neft, kimya, neft və qaz emalı, kimyəvi analiz, kimya texnologiyası, ekologiya, nanokimya, nanomateriallar, fullerenlər kimyası, kompüter kimyası sahəsinə dair 20.000-dən çox terminin Azərbaycan, rus və ingilis dilində tərcüməsi daxil edilib.

Azərbaycanda bu formatda ilk dəfə işıq üzü görən lüğət müvafiq sahələr üzrə elm, təhsil, tədris və tərcümə mütəxəssisləri, eləcə də bu ixtisaslara maraqlı oxucu kütləsi üçün nəzərdə tutulub.   

Son xəbərlər

Orphus sistemi