Yuxarı
    Bağlamaq

    Nazirlik: Təhsil nazirinin vətəndaşlarla görüşü təxirə salınıb

    Bununla bağlı vətəndaşlara əlavə məlumat veriləcək
    © Report

    Bakı. 7 dekabr. REPORT.AZ/ Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, dekabrın 11-də təhsil nazirinin Neftçala rayonunda nəzərdə tutulan görüşü qeyri-müəyyən vaxta qədər təxirə salınıb. 

    Bu barədə "Report"un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib. 

    "Bununla bağlı vətəndaşlara əlavə məlumat veriləcək", - deyə nazirlikdən əlavə olunub.

    Qeyd edək ki, Prezident İlham Əliyevin dekabr ayının 5-də imzaladığı sərəncamla Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən azad olunaraq vergilər naziri təyin edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi