Nazirlik rəsmisi: "Valideynlər qüsurlu qız uşaqlarını təhsildən yayındırır"

Nazirlik rəsmisi: "Valideynlər qüsurlu qız uşaqlarını təhsildən yayındırır" "Azərbaycanda ümumilikdə 9 144 sağlamlıq imkanları məhdud olan şagird evdə təhsil alır"
Elm və təhsil
15 Aprel , 2016 12:20
Nazirlik rəsmisi: Valideynlər qüsurlu qız uşaqlarını təhsildən yayındırır

Bakı. 15 aprel. REPORT.AZ/ "Builki statistikaya əsasən, respublikada ümumilikdə 9 144 sağlamlıq imkanları məhdud olan şagird evdə təhsil alır".

"Report"un məlumatına görə, bunu Təhsil Nazirliyinin ümumitəhsil və məktəbəqədər təhsil şöbəsinin aparıcı məsləhətçisi Əhliyyət Adıgözəlov deyib.

Nazirlik təmsilçisi bildirib ki, onların 60%-i əqli cəhətdən, 40%-i isə fiziki cəhətdən qüsurlu şagirdlərdir: “Ötən il bu rəqəm 9 361 nəfər, ondan əvvəlki il isə 10 mindən biraz yuxarı idi. Göstərici getdikcə azalıb. Artıq yalnız saǧlamlıq imkanları məhdud olan və evdə təhsilə ehtiyacı olanlar araşdırılıb evdə təhsilə yönləndirilirlər".

Nazirlik rəsmisi qeyd edib ki, bu gün ciddi problemlərdən biri də maarifləndirmə işinin aparılmasının zəif olmasıdır: "Bir çox ailələr uşaqlarını bu təhsilə cəlb etməkdən gizlədir. Xüsusilə də qüsurlu qız uşaqları təhsildən yayındırılır. Valideynlər bu məsələdə qızlarını gələcəkdə ailə həyatına görə, kiminsə övladının problemini bilməməsi üçün gizlədir. Nazirlik olaraq, bu istiqamətdə maarifləndirmə işləri aparılsa da, hələ də belə ailələr qalır".

O, həmçinin Bakı şəhərində gözdən əlil uşaqlar üçün yalnız 1 internat məktəbinin fəaliyyət göstərdiyini xatırladıb. 

Son xəbərlər

Orphus sistemi