Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının yeni tərkibi təsdiqlənib

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının yeni tərkibi təsdiqlənib Şamaxı Astrofizika Rəsədxanasının strukturunda qismən dəyişiklik edilib
Elm və təhsil
23 Dekabr , 2015 17:00
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının yeni tərkibi təsdiqlənib

Bakı. 23 dekabr. REPORT.AZ/ Azərbaycanın Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. "Report" xəbər verir ki, iclasda Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının yeni tərkibi təsdiqlənib.

İclasda həmçinin Akademiyanın 50 illik yubileyinin keçirilməsi, eləcə də Şamaxı Astrofizika Rəsədxanasının strukturunda qismən dəyişiklik edilməsi müzakirə olunub. Dəyişikliyə əsasən, Rəsədxananın mövcud ştat sayı çərçivəsində daxili imkanlar hesabına "Nəzəri astrofizika və kosmologiya" şöbəsi yaradılıb.

Eyni zamanda, "Günəş fizikası" və "Günəş-Yer əlaqələri fizikası" şöbələri birləşdirilərək "Günəş və Günəş-Yer əlaqələri fizikası" adlandırılıb.

Son xəbərlər

Orphus sistemi