Yuxarı

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi uşaqlar üçün ensiklopediya hazırlayır

Ensiklopediyanın birinci cildi 2016-cı ilin əvvəlində oxuculara təqdim olunacaq

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi "Hər suala bir cavab" adlı ensiklopediya tərtib edir.

Mərkəzdən "Report"a bildirilib ki, təxminən on cilddən ibarət olacaq ensiklopediyada orta məktəb şagirdlərinə, eləcə də yeniyetmələrə lazım olan məlumatlar toplanacaq.

Ensiklopediyanın hazırlanmasında müxtəlif xarici mənbələrdən istifadə olunub. Azərbaycana dair məlumatların isə ayrıca bir cilddə nəşri nəzərdə tutulub.

Ensiklopediyanın birinci cildi 2016-cı ilin əvvəlində oxuculara təqdim olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi