Yuxarı

Nazirlər Kabineti dövlət sifarişli yerlərin sayını DİM-ə göndərib

Nazirlər Kabineti dövlət sifarişli yerlərin sayını DİM-ə göndərib

2074

“Müəyyən ixtisaslar üzrə hansısa dövlət sifarişli yerlər çoxala bilər”

Bakı. 26 may. REPORT.AZ/ “Hər il Nazirlər Kabineti tərəfindən dövlət sifarişli yerlərin sayı ilə bağlı rəqəmlər müəyyən olunur. Bu il üçün də dövlət sifarişli yerlərin sayı bizə verilib”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktor Şurasının sədri Məleykə Abbaszadə AzTV-də “Günün nəbzi” verilişində deyib.

O bildirib ki, özəl ali məktəblərdə olan vakant yerlər barədə hələlik məlumatlar daxil olmayıb: “Ümumi yerlərin sayı bu il üçün elə də dəyişməyib. Ola bilsin ki, yerlərin ümumi sayı dəyişməsin, lakin müəyyən ixtisaslar üzrə hansısa dövlət sifarişli yerlər çoxala bilər”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi