​Nazirlər Kabineti AMEA-nın magistr diplomunun nümunəsini təsdiq edib

​Nazirlər Kabineti AMEA-nın magistr diplomunun nümunəsini təsdiq edib Diplom bu səviyyəni fərqlənmə ilə bitirənlər üçün qırmızı, digərləri üçün goy müəyyən edilib
Elm və təhsil
22 İyun , 2016 01:50
​Nazirlər Kabineti AMEA-nın magistr diplomunun nümunəsini təsdiq edib

Bakı. 22 iyun. REPORT.AZ/ “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nda dəyişikliklər edilib.

"Report" xəbər verir ki, Nazirlər Kabinetinin qərarına görə, sənədə "Azərbaycan Milli Elmlər Akademiyasının magistr diplomu (adi və fərqlənmə)” abzası əlavə edilib.

Magistr diplomunun təsviri:

Diplom 15x21 sm ölçüdə kitabça şəklində çap olunur və AMEA-nın magistratura səviyyəsini fərqlənmə ilə bitirməyənlər üçün göy, fərqlənmə ilə bitirənlər üçün isə qırmızı rəngli olur. Diplomun üz qabığı dermantin materialdan hazırlanır və yuxarı hissəsində relyeflə Azərbaycan Respublikasının Dövlət gerbi, aşağı hissəsində isə “Magistr Diplomu” sözləri həkk olunur. Kitabçanın üz qabığının içərisinin sağ və sol tərəfinə Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri olan və magistr diplomunun nümunəsinə uyğun hazırlanmış qoruyucu nişanlı xüsusi kağız yapışdırılır. Diplomun sağ səhifəsinin yuxarı hissəsində qara rənglə “Azərbaycan Respublikasi” və “Magistr Diplomu” sözləri, sol səhifəsinin yuxarı hissəsində “Magistr Diplomu Ali Təhsil haqqında dövlət sənədidir” sözləri, diplomun seriyası və nömrəsi yazılır, sol aşağı kənarında isə möhür yeri və diplomun verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır. Daha sonra səhifələrdə mətn magistr diplomunun nümunəsində göstərilən formada yerləşdirilir.

Qeyd olunur ki, AMEA ləğv olunduğu halda, diplom və onun əlavəsi və ya onların dublikatları Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arayışına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ali təhsil müəssisəsi və elmi təşkilat tərəfindən verilə bilər.

AMEA-nın yenidən təşkili hallarında bu və ya digər səbəbdən diplomu almayan şəxslərə diplom və onun əlavəsi yenidən təşkil edilən ali təhsil müəssisəsinin, AMEA-nın hüquqi varisi olan ali təhsil müəssisəsi və elmi təşkilat tərəfindən verilir.

Diplomu və onun əlavəsini itirən şəxs ərizə ilə AMEA-nın prezidentinə müraciət etməlidir.

Son xəbərlər

Orphus sistemi