Yuxarı

Nazir: "Rus bölməsində təhsil alan şagirdlərin daha yüksək nəticə göstərmələri haqqında deyilənlər mifdir"

Statistikadan görmək olar ki, Azərbaycan bölməsinin abituriyentlərinin nəticələri aşağı deyil, hətta bəzən daha yüksəkdir

Bakı. 20 dekabr. REPORT.AZ/ "Rus bölməsində təhsil alan şagirdlərin Azərbaycan bölməsinin şagirdlərindən daha yüksək nəticə göstərmələri haqqında deyilənlər mifdir".

"Report" xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov "Azərbaycanda İnsan Kapitalı üzrə Forum"da deyib. 

Onun sözlərinə görə, statistikadan görmək olar ki, Azərbaycan bölməsinin abituriyentlərinin nəticələri aşağı deyil, hətta bəzən daha yüksəkdir.

Nazir qeyd edib ki, artıq birinci sinifdən etibarən şagirdlərə bir xarici dilin öyrədilməsi nəzərdə tutulub: "Beşinci sinifdən etibarən isə ikinci xarici dilin tədris olunması planlaşdırılır".

C.Bayramov qeyd edib ki, Azərbaycanda təhsil alan şagirdlərin 92-93 faizi dövlət dilində oxuyur: "Son illər bu rəqəmdə dəyişiklik yoxdur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi