Nazir müavini: “Yaxın gələcəkdə bugünkü 10 peşədən cəmi ikisi mövcud olacaq”

Nazir müavini: “Yaxın gələcəkdə bugünkü 10 peşədən cəmi ikisi mövcud olacaq” UNEC-də “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda konfrans keçirilib
Elm və təhsil
30 Yanvar , 2017 11:06
Nazir müavini: “Yaxın gələcəkdə bugünkü 10 peşədən cəmi ikisi mövcud olacaq”

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

“Report”un məlumatına görə, konfransda təhsil nazirinin müavini Ceyhun Bayramov, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, UNEC-in rektoru Ədalət Muradov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai və digər rəsmi şəxslər iştirak edib.

UNEC-in rektoru Ədalət Muradov çıxışı zamanı deyib ki, ali təhsillilərin sayının artması cəmiyyətdə bərabərsizliyi təmin edir: “Lakin yenə də təhsilin sosial inkişafdakı rolu müsbət dinamika ilə davam edir. Universitet qarşısında olan problemlər daxili məsələlərlə əlaqəli deyil. Ona görə də cəmiyyətlə ali təhsil müəssisəsi sıx əlaqədə olmalıdır”.

Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, son 25 ildə Azərbaycan sürətli inkişaf yolu keçib: “Ciddi islahatlar dövrünə qədəm qoymuşuq. Təhsil bu gün sosial-iqtisadi inkaşafda daha vacibdir. Son zamanlar bir sıra peşələr, təhsil sahələri sıradan çıxır və yeniləri ilə əvəz olunur. Dünya İqtidadi Forumunun yeni iş yerləri ilə bağlı tədqiqatlarına əsasən, 2015-2020-ci illərdə ofis və inzibatı sahələrdə 4,8 milyon, istehsalatda 1,6 milyon, mədən və tikinti sahəsində 0,5 milyon iş yerlərinin azalması gözlənilir”.

Nazir müavini onu da qeyd edib ki, Dünya Bankının hesabatlarının birində hazırda təhsilə başlayan şagirdlərin təhsillərini başa çatdırıb əmək bazarına daxil olan zaman bu gün mövcud peşələrin hazırda qəbul edilən formada olmaq ehtimalı 20% olacağı qeyd edilib: “Yəni, bu gün bildiyimiz və gördüyümüz 10 peşədən cəmi ikisi həmin müddətdə mövcud olacaq. Onlardan 8-i ya mövcud olmayacaq, ya da başqa komptensiyalarda olacaq. Bu baxımdan, təhsilin qarşısında duran vəzifələr ali təhsildən öncə, yəni məktəbdən başlayır”.

İki gün davam edəcək konfransda “Təhsil və sosial-iqtisadi inkişaf”, “Təhsil sektorunun inkişafı: qlobal meyillər, mütərəqqi təcrübələr və islahatlar”, “Tədrisin keyfiyyətinin idarə edilməsinə yeni yanaşma” mövzusunda panellər üzrə yerli və xarici ekspertlərin məruzələri dinləniləcək.

Son xəbərlər

Orphus sistemi