Bakı. 9 iyul. REPORT.AZ/ "Hazırda buraxılış imtahanlarının nəticələrinin təhlil prosesinə başlanılıb".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Məhəbbət Vəliyeva deyib.
O bildirib ki, ümumilikdə əvvəlki dərs ili ilə müqayisədə ötən il daha yaxşı nəticələr əldə edilib: "Ötən dərs ilində IX sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri 4,75 % yaxşılaşıb".
M.Vəliyeva qeyd edib ki, növbəti tədris ilində əsas hədəf müəllimlərin gündəlik dərslərdə səriştəyə əsaslanan bilik və bacarıqların verilməsi istiqamətində tədbirlərin görülməsi olacaq.