Nazir müavini: "Gələn il üçün I sinfə qəbulun elektron qaydada həyata keçirilməsi prosesi daha təkmilləşdiriləcək"

Nazir müavini: "Gələn il üçün I sinfə qəbulun elektron qaydada həyata keçirilməsi prosesi daha təkmilləşdiriləcək" "Elektron dərslik portalında 115 mindən çox daimi istifadəçi qeydiyyatdan keçib
Elm və təhsil
29 Dekabr , 2016 15:57
Nazir müavini: Gələn il üçün I sinfə qəbulun elektron qaydada həyata keçirilməsi prosesi daha təkmilləşdiriləcək

Bakı. 29 dekabr. REPORT.AZ/ "Bakıda şagirdlərin I sinfə qəbulun elektron qaydada həyata keçirilməsi prosesi gələn il üçün daha təkmilləşdiriləcək".

"Report"un xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov “Elektron Təhsil” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, bu istiqamətdə görüləcək işlər genişləndiriləcək: "Bundan başqa, bu ildən həyata keçirilən tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinin elektron formada aparılması işləri də genişləndiriləcək".

O qeyd edib ki, təhsil sistemində İKT-nin tətbiqi ilə yanaşı bu sahədə çalışanların mövcud sahədə səriştəliyi, hazırlığı vacibdir və bu istiqamətdə müəyyən işlər görülür: "Bu məqsədlə ixtisasartırma təlimləri təşkil olunub və bu il ərzində 2 654 nəfər burada iştirak edib. Elektron təhsil sahəsində olan yeniliklər yalnız ümumi təhsillə yekunlaşmır, peşə və ali təhsil də də geniş tətbiqinə başlanılıb".

Nazir müavini əlavə edib ki, təhsil sistemində olan elekton dərsliklərin sayı artıq 188-ə çatdırılıb: "Elektron dərslik portalında 115 mindən çox daimi istifadəçi qeydiyyatdan keçib. Bu il portaldan istifadə edənlərin sayı ötən illə müqayisədə 4 dəfə artıb". 

Son xəbərlər

Orphus sistemi