Nazir müavini: "Gələn il ali məktəblərə qəbul göstəricisi 6,4% artacaq"

Nazir müavini: "Gələn il ali məktəblərə qəbul göstəricisi 6,4% artacaq" Orta məktəblərdə sığorta ilə bağlı xüsusi dərsliklər olmasa da, Həyat Bilgisi dərsliyində sığorta haqqında məlumat verilib.
Elm və təhsil
28 İyun , 2019 11:08
Nazir müavini: Gələn il ali məktəblərə qəbul göstəricisi 6,4% artacaq
Azərbaycan Təhsil nazirinin müavini İdris İsayev / Report

"Orta məktəblərdə sığorta ilə bağlı xüsusi dərsliklər olmasa da, "Həyat Bilgisi" dərsliyində sığorta haqqında məlumat verilib".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Sığorta Forumu"nda çıxış edən Azərbaycan Təhsil nazirinin müavini İdris İsayev deyib.

Onun sözlərinə görə, 4-cü və 8-ci siniflərin "Həyat bilgisi" sığortaya dair məlumatlar yer alıb.

"Son 5 ildə ali məktəblərə qəbulun səviyyəsi 20,8% artıb. Bu artım tendensiyası növbəti tədris ilində də davam edəcək. Növbəti təhsil ilində bu rəqəm 6,4% artacaq. Bu isə ümumilikdə 4500 tələbə deməkdir", - o bildirib.

Nazir müavini deyib ki, peşə məktəblərində sığorta sahəsi üzrə peşəkar kadrlar hazırlanır: "Peşə təhsili pilləsində sığorta agenti ixtisası üzrə hər il təxminən 80 nəfər tələbə qəbul olunur. Orta ixtisas təhsili pilləsi üzrə isə hər il sığorta işinin təşkili ixtisası üzrə 200-ə yaxın qəbul planı həyata keçirilir. Ali təhsilin magistratura pilləsində 16 tələbə sığorta işinin təşkili üzrə, 30 tələbə isə sığorta idarəetməsi ixtisası üzrə təhsil alır".

Son xəbərlər

Orphus sistemi