Yuxarı

Nazir müavini: "Doktoranturanı bitirənlərin böyük əksəriyyətı vaxtında müdafiə etmir"

Azərbaycanda fəlsəfə və elmlər doktoru proqramları üzrə təhsil alanların sayı açıqlanıb

Bakı. 24 may. REPORT.AZ/ "Hazırda Azərbaycanda fəlsəfə və elmlər doktoru proqramları üzrə 5 320 nəfər təhsil alır. Eyni zamanda, 116 elmi təşkilatda və ali təhsil müəssisəsində doktoranturalar fəaliyyət göstərir".

"Report"un xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransında çıxışı zamanı deyib.

Nazir müavininin sözlərinə görə, doktorantura və dissertantlıq yolu ilə təhsil alanların 44 faizi elmi təşkilatların, 56 faizi ali təhsil müəssisələrinin payına düşür: "Doktoranturanı bitirənlərin böyük əksəriyyəti vaxtında müdafiə etmir. Doktoranturanı bitirən gənclərin əksəriyyəti ali məktəblərdə qalıb işləməyə üstünlük vermir. Təəssüf ki, ali məktəblər də bu sahə ilə bağlı kifayət qədər lazımi tədbirlər görmür".

C.Bayramov qeyd edib ki, 2009-2013-cü illərdə Təhsil Nazirliyi sisteminə daxil olan ali məktəblərin doktoranturasının fəlsəfə doktoru proqramı üzrə bitirən 577 nəfərdən yalnız 125 nəfəri, yəni 21,6 faizi universitetlərdə işlə təmin olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi