Nazir müavini Bakıdakı məktəblərdə müşahidə olunan şagird sıxlığına münasibət bildirib

Nazir müavini Bakıdakı məktəblərdə müşahidə olunan şagird sıxlığına münasibət bildirib "Təkliflər hazırlanaraq hökumətə, müvafiq qurumlara təqdim olunur"
Elm və təhsil
25 Oktyabr , 2016 16:49
Nazir müavini Bakıdakı məktəblərdə müşahidə olunan şagird sıxlığına münasibət bildirib

Bakı. 25 oktyabr. REPORT.AZ/ Təhsil Nazirliyi Bakıdakı məktəblərdə müşahidə olunan şagird sıxlığı məsələsinə münasibət bildirib.

"Report"un xəbərinə görə, məsələ ilə əlaqədar jurnalistlərə açıqlama verən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, şagird sıxlığı problemi əsasən paytaxtda yaşanır: "Təhsilin İnkişafı üzrə Dövlət Startegiyasında və digər sənədlərdə belə bir hədəf qarşımıza qoyulub ki, maksimal dərəcədə məktəbləri 1 növbədə təşkil edək. Lakin bu günə kimi Bakı şəhərində buna tam nail olmaq mümkün olmayıb".

Nazir müavini qeyd edib ki, son 7-8 ildə Azərbaycanda demoqrafik göstəricilər yüksəlib: "Ötən əsrin 90-cı illərinin sonlarında demoqrafiya aşağı idi və müəyyən dövrdə məktəblərdə şagirdlərin sayında azalma müşahidə olunurdu. Bu gün isə bunun tam əksini görürük".

"Hər il I sinfə gələn şagirdlərlə məktəbi bitirən 11 ci sinif şagirdləri arasında hər il təxminən 50 minə yaxın fərq var" - deyən nazir müavini əlavə edib ki, hər il məktəbə daxil olan şagirdlərin sayı daha çox olur: "Təbii ki, bu demoqrafik cəhətdən müsbət haldır. Ancaq bu öz növbəsində bir sıra aktual məsələri gündəmə gətirir. Bu gün şagird sıxlığı ilə bağlı hesablamalar aparılır, müvafiq sənədlər, təkliflər hazırlanaraq hökumətə, müvafiq qurumlara təqdim olunur".

Son xəbərlər

Orphus sistemi