Azərbaycanda məktəblilərin geyim formalarının təsvirlərini Nazirlər Kabineti təsdiqləyəcək

Azərbaycanda məktəblilərin geyim formalarının təsvirlərini Nazirlər Kabineti təsdiqləyəcək Azərbaycanda məktəblilərin vahid geyim formaları olacaq.
Elm və təhsil
30 May , 2019 15:12
Azərbaycanda məktəblilərin geyim formalarının təsvirlərini Nazirlər Kabineti təsdiqləyəcək

"Azərbaycanda məktəblilərin vahid geyim formaları olacaq".

"Report" xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev media üçün təlimdə yeni qəbul olunan "Ümumi təhsil haqqında" qanunla bağlı çıxışı zamanı deyib.

O qeyd edib ki, yeni qəbul edilən qanunda məktəblilərin geyim formalarının eyni olması ilə bağlı müddəa yer alıb: "Bu günə qədər məktəblər formaları özləri müəyyənləşdirirdilər. Lakin yeni qanuna əsasən, bir neçə geyim formasının təsviri Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq. Təhsil müəssisəsi isə bunlardan birini seçib tətbiq etməlidir. Heç bir məktəb Nazirlər Kabinetinin təsdiq etdiyi təsvirdən kənara çıxa bilməz".

Son xəbərlər

Orphus sistemi