Yuxarı

Nazir: "Məzunların təxminən 42 faizi ali təhsilini başa vurduqdan sonra əmək bazarında iş əldə edir"

Mikayıl Cabbarov: Əmək bazarına daxil olan yaxşı mütəxəssislərin hazırlanması üçün illərlə vaxt lazımdır

Bakı. 20 aprel. REPORT.AZ/ "Universitetləri bitirən məzunların orta hesabla 42 faizi ali təhsilini başa vurduqdan sonra əmək bazarında iş əldə edirlər".

"Report"un məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov "Caspian European Club"da çıxışında deyib.

Nazir bildirib ki, bu rəqəm biznes fəaliyyətinə başlayan sahibkarlara aid deyil: "Lakin elə ali məktəblər var ki, bu rəqəm daha yüksəkdir, eləsi də var ki, göstərici daha aşağıdır. Bu, həm əmək bazarına hazırlığın keyfiyyətindən, həm də iqtisadiyyatdan, iş yerlərinin sayından asılıdır. Həm ehtiyaclara dair olan sifarişi, həm də bilik səviyyəsinə dair olan məlumatı daha keyfiyyətli şəkildə alsaq, təhsil sistemimiz daha keyfiyyətli sifarişə cavab vermək iqtidarında olacaq. Ən böyük çağırışımız ondan ibarətdir ki, təhsil sistemi qısa yox, orta və uzun müddətlərə əsaslanan nəticələr ortaya qoysun. Əmək bazarına daxil olan yaxşı mütəxəssislərin hazırlanması üçün illərlə vaxt lazımdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi