Yuxarı
    Bağlamaq

    Nazir: "Mərkəzləşdirilmiş şəkildə keçirilən imtahanlarda 4 mindən çox müəllim işə qəbul olunub"

    Mikayıl Cabbarov: Azərbaycanın bütün məktəbləri yeni tədris ilinə hazırdır
    © Report/ Elşən Baba

    Bakı. 11 sentyabr. REPORT.AZ/ "Azərbaycanın bütün ümumtəhsil müəssisələri yeni tədris ilinə hazırdır".

    "Report" xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.

    Nazirin sözlərinə görə, yeni tədris ilinə hazırlıq işləri üçün yay aylarından başlayaraq bütün lazımi və zəruri işlər həyata keçirilib: "Buna bariz nümunə mərkəzləşdirilmiş şəkildə müəllimlərin imtahanın keçirilməsi idi. Bu günə qədər 4 mindən çox müəllim yeni işə qəbul olunub. Hazırda proses davam edir".

    M.Cabbarov qeyd edib ki, bu il 49 min namizəd müsabiqəyə qatılıb, 2013-cü ildə bu rəqəm 14 minə yaxın idi. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi