Yuxarı
    Bağlamaq

    Nazir: "Məktəb rəhbərliyi Aşura günü şagirdlərin dərsdən yayınmamasına diqqət yetirməlidir"

    © Report/ Firi Salim — Təhsil n­aziri Ceyhun Bayramov

    Bakı. 12 sentyabr. REPORT.AZ/ "Şagirdin əsas funksiyası məktəbdə olmaq, dərs oxumaqdır".

    "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Ceyhun Bayramov Aşura günündə şagirdlərin dərsdən yayınması məsələsinə münasibət bildirərkən deyib.

    "Biz düşünürük ki, məktəb rəhbərliyi buna xüsusi diqqət yetirəcək. Məktəb rəhbərliyi, sinif rəhbərləri valideynlərlə birlikdə şagirdlərin tədrisdən yayınmamasına diqqət yetirməlidir. Hesab edirik ki, bu mesajlar sinif rəhbərləri vasitəsilə valideynlərə çatdırılacaq. Valideynlər də şagirdlərin dərsdə olması üçün maraqlı olmalıdırlar və bunu təmin etməlidirlər", - nazir vurğulayıb.

    Qeyd edək ki, Aşura günü sentyabrın 20-dir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi