Yuxarı

Nazir: "I və II dərəcə əlilliyi olan şəxslərin təhsil haqqından azad olunmasına dair sərəncam növbəti tədris ilindən tətbiq olunacaq"

Nazir: "I və II dərəcə əlilliyi olan şəxslərin təhsil haqqından azad olunmasına dair sərəncam növbəti tədris ilindən tətbiq olunacaq"

"I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi haqqında sərəncam 2019/2020-ci tədris ilindən qüvvəyə minəcək".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, sentyabr ayından başlayaraq bu kateqoriyaya aid tələbələr dövlət vəsaiti hesabına təhsil alacaqlar.

C.Bayramov qeyd edib ki, hazırda ali məktəblərdə həmin kateqoriyaya aid tələbələrin sayı, təxminən, 2500 nəfərə yaxındır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi