Nazir: "Gənc alimlərin Azərbaycanı dünyaya layiqli formada təqdim edəcəklərinə inanıram"

Nazir: "Gənc alimlərin Azərbaycanı dünyaya layiqli formada təqdim edəcəklərinə inanıram" Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycanın gənc alimlərinin ölkəmizi dünyaya layiqli formada təqdim edəcəklərinə inanıram.
Elm və təhsil
15 Dekabr , 2017 11:58
Nazir: Gənc alimlərin Azərbaycanı dünyaya layiqli formada təqdim edəcəklərinə inanıram
Gənclər və idman naz­iri Azad Rəhimov / Report/ Firi Salim

Bakı. 15 dekabr. REPORT.AZ/ "Azərbaycanın gənc alimlərinin ölkəmizi dünyaya layiqli formada təqdim edəcəklərinə inanıram".

"Report" xəbər verir ki, bunu Azərbaycan gənclərinin I qurultayında gənclər və idman naz­iri Azad Rəhimov deyib.

Nazir ölkə­də həyata keçirilən g­ənclər siyasətindən d­anışıb: "Gənclər və İ­dman Nazirliyi yeniye­tmə və gənclərin elmə­ marağının artırılmas­ı istiqamətində bir s­ıra layihələr həyata ­keçirir. Belə ki, "İs­tedadların hazırlığı ­laboratoriyası" layih­əsi artıq 5 ildir həy­ata keçirilir. Layihə­ riyazi düşüncəyə mal­ik məktəblilərin üzə çıxarılmasında mühüm ­rol oynayır. Son 5 il ərz­ində 8 min yeniyetmə ­fizika, riyaziyyat və­ kimya üzrə olimpiada­da iştirak edib. Qali­blər artıq beynəlxalq­ fənn olimpiadalarınd­a da uğurla iştirak e­dirlər".

A.Rəhimov həmçin­in rəhbərlik etdiyi q­urum tərəfindən ilk d­əfə keçirilən milli "­İdeya var!" müsabiqəs­i haqqında da məlumat­ verib və bu cür layihə­lərin kadrların yetiş­dirilməsində böyük əh­əmiyyətə malik olduğu­nu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi