Yuxarı
    Bağlamaq

    Təhsil naziri: "Gələcəkdə UFAZ-da magistratura səviyyəsi təşkil olunacaq"

    Mikayıl Cabbarov bildirib ki, hər bir ali məktəbdə magistr pilləsi üzrə ixtisaslar həmin müəssisələrin özləri tərəfindən müəyyənləşdirilir
    © Report/Elşən Baba

    Bakı. 15 sentybra. REPORT.AZ/ "Gələcəkdə Azərbaycan-Fransız Universitetində (UFAZ) magistratura səviyyəsinin təşkili üçün müzakirələr aparılır".

    "Report" xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov UFAZ-ın yeni binasının açılış mərasimində çıxışı zamanı deyib.

    Nazir bildirib ki, hər bir ali məktəbdə magistr pilləsi üzrə ixtisaslar həmin müəssisələrin özləri tərəfindən müəyyənləşdirilir: "Yəqin ki, universitetlərin potensialı nəzərə alınaraq qərar qəbul olunacaq".

    Qeyd edək ki, hazırda UFAZ-da yalnız bakalavr proqramı üzrə tədris aparılır. 2017-2018-ci tədris ilində dörd ixtisas üzrə bakalavr proqramı üzrə 283 tələbəyə (onlardan 240 nəfər dövlət təqaüdü alacaqdır) tədris ediləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi