Nazir Əli Abbasov: “Elm və təhsilin inkişafı təkcə dövlətdən yox, həm də cəmiyyətdən asılıdır”

Nazir Əli Abbasov: “Elm və təhsilin inkişafı təkcə dövlətdən yox, həm də cəmiyyətdən asılıdır” Onun sözlərinə görə, Bakı Elm Festivalının keçirilməsi çox mühüm addımdır
Elm və təhsil
10 Noyabr , 2014 11:50
Nazir Əli Abbasov: “Elm və təhsilin inkişafı təkcə dövlətdən yox, həm də cəmiyyətdən asılıdır”

Bakı. 10 noyabr. REPORT.AZ/ “Elm və təhlsilin inkişafı təkcə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Təhsil Nazirliyindən asılı deyil. Odur ki, elm və təhsilin inkişafı təckə dövlətdən yox, həm də cəmiyyətdən asılıdır. Ümumiyyətlə, cəmiyyətdə biliyə tələbat yaranmalıdır. Bu olmasa, biz gəncləri zorla elmə yönəldə bilmərik”. “Report”un xəbərinə görə, bunu Azərbaycanın rabitə və yüksək texnologiyaları naziri Əli Abbasov Bakı Elm Festivalının açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, elmin inkişafı üçün belə tədbirlərin keçirilməsi çox vacibdir: “Bakı Elm Festivalının keçirilməsi və ictimaiyyətin cəlb edilməsi, onun geniş işıqlandırılması çox mühüm addımdır. Elm çox böyük və əhəmiyyətli sahədir və hazırda özəl sektorun elmin inkişafına, elmli və savadlı kadrlara böyük ehtiyacı var. Dünyada elmə trilyonlarla dollar xərclənir. Bunun da çox böyük hissəsi - 70-80 faizi özəl sektora sərf edilir. Bu gün Azərbaycan dövləti də elmin inkişafına olduqca böyük vəsait xərcləyir. Azərbaycanda innovativ sahibkarlığın inkişafına böyük əhəmiyyət verilir. Bunun üçün bilik, şərait və kapital olmalıdır”.

Qeyd edək ki, bu gün Bakı Elm Festivalı keçirilir. Tədbirin sponsorları Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “Azercell Telecom”dur.

Son xəbərlər

Orphus sistemi