Nazir: "Dövlət Proqramı məzunlarının 60 faizi özəl, 40 faizi dövlət sektorunda çalışır"

Nazir: "Dövlət Proqramı məzunlarının 60 faizi özəl, 40 faizi dövlət sektorunda çalışır" Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı məzunlarının 60 faizi özəl sektorda, 40 faizi isə dövlət sektorunda çalışır.
Elm və təhsil
21 Noyabr , 2018 14:23
Nazir: Dövlət Proqramı məzunlarının 60 faizi özəl, 40 faizi dövlət sektorunda çalışır

Bakı. 21 noyabr. REPORT.AZ/ "Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı məzunlarının 60 faizi özəl sektorda, 40 faizi isə dövlət sektorunda çalışır".

"Report" xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, həmin məzunların çox hissəsi ali təhsil sistemində öz töhvələrini verirlər: "Universitetlərdə dövlət proqramının tələbələri olan məzunlarımızın çoxu müəllim və digər vəzifələrdə çalışırlar".

Nazir qeyd edib ki, ilk dövlət proqramının nəticəsində əldə edilən əldə edilən uğurlar yeni proqramın həyata keçirilməsinə imkan verib: "Ümüd edirik ki, daha çox gənclərimizə gələcəkdə ikili diplomlar alacaq, daha çox tələbəyə dünyanın aparıcı universitetlərində təhsil almaq hüququ yarada biləcəyik. Bu həm də birgə tədqiqatların həyata keçirilməsinə öz tövbəsini verəcək. Dövlət proqramının yüksəl səviyyədə icra olunması üçün əlimizdən gələni edəcəyik. Azərbaycanlı tələbələrin gələcəkdə xarici universitetlərin doktoranturalara daxil olmağını görəcəyik".

C.Bayramovun sözlərinə görə, Dövlət Proqramının qəbul edilməsindən bir neçə gün keçməsinə baxmayaraq, artıq kifayət qədər müraciət daxil olub. 

Son xəbərlər

Orphus sistemi