Nazir: “12 illik təhsil sisteminə keçidlə bağlı əlavə vəsaitin tələb olunması barədə danışmaq tezdir”

Nazir: “12 illik təhsil sisteminə keçidlə bağlı əlavə vəsaitin tələb olunması barədə danışmaq tezdir” “Bu, yalnız Təhsil Nazirliyi tərəfindən verilən qərar deyil”
Elm və təhsil
25 May , 2015 11:59
Nazir: “12 illik təhsil sisteminə keçidlə bağlı əlavə vəsaitin tələb olunması barədə danışmaq tezdir”

Bakı. 25 may. REPORT.AZ/ “Azərbaycanda 12 illik təhsil sisteminə keçidlə bağlı əlavə vəsaitin tələb olunması məsələsi barədə danışmaq hələ tezdir. Çünki Asiya İnkişaf Bankının Təhsil Nazirliyi ilə bu istiqamətdə əməkaşlığının formatı və çərçivəsi gələcək müzakirələr nəticəsində dəqiqləşəcək. Bu, yalnız Təhsil Nazirliyi tərəfindən verilən qərar deyil”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, bu məsələ daha geniş formatda (Nazirlər Kabineti və digər aidiyyəti qurumlar) məsləhətləşmələrdən sonra məlum olacaq: “Lakin ümumilikdə maliyyə təşkilatları, eləcə Asiya İnkişaf Bankı və başqa banklarla əməkdaşlıq birmənalı olaraq iki formada həyata keçirilir. Bu, ya məsləhət xidməti olacaq, ya da layihə formasında təqdim edləcək. Artıq məsləhət hissəsi demək olar ki, öz həllini tapıb”.

Son xəbərlər

Orphus sistemi