Yuxarı
    Bağlamaq

    Naxçıvanın tanınmış tərcüməçisi Beynəlxalq medala layiq görülüb

    Naxçıvan, Türkiyə və Gürcüstanın 6 fəal tədqiqatçı və professoruna mükafatlar təqdim olunub

    Bakı. 22 sentyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası, Türkiyə və Gürcüstan universitetlərinin 6 fəal tədqiqatçısına və professoruna Beynəlxalq Şəhriyar medalı, fəxri fərman və heykəldən ibarət olan mükafat təqdim olunub.

    İranın Naxçıvandakı baş konsulluğundan "Report"a verilən məlumata görə, mükafatlara Naxçıvandan olan tərcüməçi Mirəsgər Behbudlu, Türkiyənin Ərzurum Dövlət Universitetinin professoru Veys Ormançay, Tiflis Dövlət Universitetinin professoru xanım Şurğaya, İranın Gürcüstandakı mədəniyyət attaşesi Müctəba Kamranfər, İranın Ərzurumdakı mədəniyyət attaşesi Həsən Dideban və Qərbi Azərbaycanın Milli Mədəni əlqələr sahəsindəki mədəni fəalı olan Mustafa Quluzadə layiq görülüblər.

    Qeyd edək ki, mükafata layiq görülən qaliblərdən Mirəsgər Behbudlu 30 ildir ki, Naxçıvanın görkəmli tərcüməçilərindəndir, İran və İslam barəsində 70 tanınmış əsəri Azərbaycan dilinə tərcümə və redatkə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi