Naxçıvanın Əməkdar müəllimi fərxi adına layiq görülən təhsil işçilərinin sayı açıqlanıb

Naxçıvanın Əməkdar müəllimi fərxi adına layiq görülən təhsil işçilərinin sayı açıqlanıb Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində çalışan müəllimlərdən 117-si “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 187-si isə “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adlarına layiq görülüb, 108 müəllim “Tərəqqi” medalı ilə təltif olunub.
Elm və təhsil
5 Oktyabr , 2019 08:25
Naxçıvanın Əməkdar müəllimi fərxi adına layiq görülən təhsil işçilərinin sayı açıqlanıb

Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində çalışan müəllimlərdən 117-si “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 187-si isə “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adlarına layiq görülüb, 108 müəllim “Tərəqqi” medalı ilə təltif olunub.

Bu barədə "Report" muxtar respublikanın Təhsil Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, muxtar respublikada müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb. Ali Məclis sədrinin müvafiq sərəncamlarına əsasən bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü 1,5, vəzifə maaşı 2 dəfə, cari il sentyabrın 1-dən isə bu kateqoriyadan olan müəllimlərin aylıq vəzifə maaşları əlavə olaraq orta hesabla 20 faiz artırılıb. Həyata keçirilən tədbirlər müəllim nüfuzunu artırıb, onlar arasında sağlam rəqabəti və motivasiyanı gücləndirib, təhsilin keyfiyyət göstəricilərinin əhəmiyyətli şəkildə yüksəlməsinə səbəb olub.

Qeyd edək ki, bu gün Beynəlxalq Müəllimlər Günüdür. 5 oktyabr Azərbaycanda müəllimlərin peşə bayramı qeyd olunur. 

Son xəbərlər

Orphus sistemi