Naxçıvanda oxunması zəruri olan kitabların siyahısı təsdiq edilib - SİYAHI

Naxçıvanda oxunması zəruri olan kitabların siyahısı təsdiq edilib - SİYAHI Siyahıda 30 kitabın adı var
Elm və təhsil
29 Avqust , 2017 02:52
Naxçıvanda oxunması zəruri olan kitabların siyahısı təsdiq edilib - SİYAHI

Bakı. 29 avqust. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında oxunması zəruri olan kitabların siyahısı təsdiq edilib.

"Report" xəbər verir ki, Ali Məclisinin Sədri Vasif Talıbov bu barədə müvafiq sərəncam imzalayıb.

NMR Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq imzalanan qərarda bildirilir:

1. Gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edən “Oxunması zəruri olan kitabların siyahısı” təsdiq edilsin.

2. Bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq təhsil və mədəniyyət müəssisələrinin kitabxanalarında müvafiq kitab guşələri yaradılsın.

3. Ali Məclisin Aparatı oxunması zəruri olan kitabların siyahısının zənginləşdirilməsi işini diqqətdə saxlasın.

Oxunması zəruri olan kitabların siyahısı

1. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti

2. “Kitabi-Dədə Qorqud” dastanı

3. “Atalar sözü” (Azərbaycan xalq ədəbiyyatı)

4. Nizami Gəncəvi. “Sirlər xəzinəsi”. Poema

5. “Nizaminin hikmət və nəsihətləri”

6. Nəsirəddin Tusi. “Əxlaqi-Nasiri”

7. Məhəmməd Tağı Sidqi. “Məktəb hekayələri”

8. Hüseyn Cavid. “Azər”. Poema

9. Cəlil Məmmədquluzadə. “Hekayələr”

10. Məmməd Səid Ordubadi. “Qılınc və qələm”. Roman

11. Qurban Səid. “Əli və Nino”. Roman

12. Məmmədhüseyn Şəhriyar. “Heydərbabaya salam”.

Poema

13. “Təmsillər” (uşaq ədəbiyyatı)

14. ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun

müəlliminə məktubu

15. Faruk Sumer. “Oğuzlar”

16. Rəşidəddin Fəzlullah. “Oğuznamə”

17. Yusif Balasaqunlu. “Qutatqu bilik”

18. Teodor Drayzer. “Dahi”. Roman

19. Cek London. “Həyat eşqi”. Hekayə

20. Ernest Heminquey. “Qoca və dəniz”. Povest

21. Nikolo Makiavelli. “Hökmdar”

22. Gi de Mopassan. “Gombul”

23. Antuan de Sent-Ekzüperi. “Balaca şahzadə”

24. Nikolay Ostrovski. “Polad necə bərkidi”. Bioqrafik

roman

25. Moris Meterlink. “Arıların həyatı” və “Göy Quş”

əsərləri

26. “Mister Hemferin xatirələri”. (İngilis casusunun etirafları)

27. Seyid Əzim Şirvani. “Seçilmiş əsərləri”. (Təmsillər)

28. “İslamda müdrik kəlamlar”

29. Sədi Şirazi. “Gülüstan”

30. Eynəli bəy Sultanov. “Məqalələr”

Son xəbərlər

Orphus sistemi