Yuxarı

Naxçıvanda birinci sinifə gedən şagirdlərin sayı açıqlanıb

Muxtar respublikanın ümumtəhsil məktəblərində 45 497 şagir təhsil alır

Bakı. 16 sentyabr. REPORT.AZ/ Yeni tədris ilində Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil məktəblərinin birinci siniflərinə 5308 şagird qəbul olunub.

"Report" xəbər veiri ki, bunu muxtar respublikasının təhsil naziri Məmməd Qəribov deyib.

O bildirib ki, bu tədris ilində ümumtəhsil məktəblərində birinci siniflərdə 5308 olmaqla, ümumilikdə, 45 min 497 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 6657 müəllim məşğul olur. 2016-2017-ci tədris ilində isə müəllim kimi fəaliyyətə başlamaq üçün 304 gənc kadr işə götürülüb.

Nazir diqqətə çatdırıb ki, orta ixtisas təhsili müəssisələrində hazırda 1003 tələbənin təhsili ilə 209 müəllim, peşə təhsili müəssisələrində 636 müdavimin təhsili ilə 19 müəllim və 17 istehsalat təlim ustası məşğul olur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi