Naxçıvanda bir qrup şəxsə fəxri adlar verilib

Naxçıvanda bir qrup şəxsə fəxri adlar verilib Onlar musiqi təhsilinin inkişafındakı səmərəli fəaliyyətlərinə görə təltif ediliblər
Elm və təhsil
16 Dekabr , 2016 09:54
Naxçıvanda bir qrup şəxsə fəxri adlar verilib

Bakı 16 dekabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında musiqi təhsilinin inkişafındakı səmərəli fəaliyyətlərinə görə bir qrup şəxsə fəxri adlar verilib. 

"Report" xəbər verir ki, bununla bağlı Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb. 

Sərəncama əsasən, Əliyev Elşən Adil oğluna “Əməkdar müəllim”, İbrahimova Səbinə Pənah qızına, Seyidova Zülfiyyə Yusif qızına və Yusubova Sevda Nəsib qızına – “Əməkdar mədəniyyət işçisi” fəxri adları verilib.

Son xəbərlər

Orphus sistemi