Yuxarı

Naxçıvan orta məktəblərində 4001 dəst kompüter quraşdırılıb

Naxçıvan orta məktəblərində 4001 dəst kompüter quraşdırılıb
Hər 12 şagird bir dəst kompüterlə təmin olunub
© Report

Bakı. 17 iyun. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində bu ilin 1 yanvar tarixinədək 600-dən çox elektron lövhə, 4001 dəst kompüter quraşdırılıb, hər 12 şagird bir dəst kompüterlə təmin olunub.

Muxtar respublikanın Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, ümumtəhsil məktəblərində istifadədə olan kompüterlərin 87 faizi internetə qoşulub.

Qeyd edək ki, 1995-2016-cı illər ərzində muxtar respublikada, ümumilikdə, 20 uşaq bağçası, 72 min 864 şagird yerlik 187 ümumtəhsil məktəbi tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi