​Naxçıvan Müəllimlər İnstitutu əlavə təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan edib

​Naxçıvan Müəllimlər İnstitutu əlavə təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan edib Sənədlər avqustun 13-dək qəbul ediləcək
Elm və təhsil
14 İyul , 2016 10:02
​Naxçıvan Müəllimlər İnstitutu əlavə təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan edib

Bakı. 14 iyul. REPORT.AZ/ Naxçıvan Müəllimlər İnstitutu 2016-2017-ci tədris ilində ibtidai sinif müəllimliyi ixtisası üzrə əlavə ali təhsil almaq üçün qiyabi şöbəyə tələbə qəbulu elan edib.

"Report" xəbər verir ki, əvvəlki ali təhsil və hazırda (1 ildən az olmayaraq) işlədiyi vəzifə seçdiyi ixtisasa uyğun gələn şəxslər müvafiq qaydaya əsasən müsabiqədə iştirak edə bilərlər.

Sənədlər iyul ayının 13-dən avqust ayının 13-dək hər gün (istirahət günlərindən başqa) saat 10:00-dan 16:00-dək Naxçıvan Müəllimlər İnstitutunda qəbul edilir. İnstituta sənəd verən şəxslərdən müəyyən edilən qaydada müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müsabiqə yolu ilə əlavə ali təhsil üzrə instituta qəbul edilirlər.

Təhsil haqqı müqavilə əsasında uyğun qaydada ödənilir. 

Son xəbərlər

Orphus sistemi