​Naxçıvan Dövlət Universiteti əlavə ali təhsil almaq istəyənlər üçün tələbə qəbulu elan edib

​Naxçıvan Dövlət Universiteti əlavə ali təhsil almaq istəyənlər üçün tələbə qəbulu elan edib Sənədlərin qəbulu iyulun 20-dək aparılacaq
Elm və təhsil
22 İyun , 2016 14:32
​Naxçıvan Dövlət Universiteti əlavə ali təhsil almaq istəyənlər üçün tələbə qəbulu elan edib

Bakı. 22 iyun. REPORT.AZ/ Naxçıvan Dövlət Universiteti 2016-2017-ci tədris ilində əlavə ali təhsil almaq üçün qiyabi şöbəyə tələbə qəbulu elan edib.

"Report" xəbər verir ki, sənədlərin qəbulu iyulun 20-dək aparılacaq.

Universitetdə ikinci ali təhsil üzrə riyaziyyat və informatika müəllimliyinə 15, riyaziyyat müəllimliyinə 15, informasiya texnologiyaları və sistemləri mühəndisliyinə 15, iqtisadiyyata 20, mühasibat uçotu və auditə 20, beynəlxalq münasibətlərə 15, tarix müəllimliyinə 20, Azərbaycan dili və ədəbiyyat müəllimliyinə 20, hüquqşünaslığa 45, xarici dil müəllimliyinə (ingilis dili) 20, musiqişünaslığa 15, biologiya müəllimliyinə 15, kimya müəllimliyinə 15 yer ayrılıb. 

İkinci ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Naxçıvan Dövlət Universiteti arasında bağlanan fərdi müqavilələr əsasında həyata keçiriləcək.

Universitetdən bildirilib ki, şəxsin ikinci ali təhsil üzrə seçdiyi ixtisas onun tutduğu vəzifənin profilinə uyğun olmalıdır. İkinci ali təhsil almaq üçün universitetə sənəd verən şəxslərlə müəyyən edilən qaydada müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müqavilə yolu ilə müvafiq ikinci ali təhsil ixtisası üzrə tələbələr sırasına qəbul edilirlər. 

Son xəbərlər

Orphus sistemi