NASA üç ulduzlu yeni planet kəşf edib

NASA üç ulduzlu yeni planet kəşf edib Planet Günəş sisteminin təxminən 340 işıq ili xaricində yerləşir
Elm və təhsil
8 İyul , 2016 10:55
NASA üç ulduzlu yeni planet kəşf edib

Bakı. 8 iyul. REPORT.AZ/ ABŞ-ın Milli Kosmik Agentliyi (NASA) üç ulduzlu planet kəşf edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, NASA yeni planetin kütləsinin Yupiterdən 4 dəfə böyük olduğunu açıqlayıb. 

16 milyon yaşında olduğu təxmin edilən planetin Günəş sisteminin təxminən 340 işıq ili xaricində yerləşdiyi qeyd edilib.

Çilinin şimalındakı Avropa Cənub Rəsədxanasının nəhəng teleskopu ilə işləyən Arizona Universitetinin tədqiqatçısı üzə çıxardıqları kəşfi elmi jurnalda dərc etdirdiklərini söyləyib.

Son xəbərlər

Orphus sistemi