Yuxarı
    Bağlamaq

    ​Nardaran Bilik Evində müəllimlərlə görüş keçirilib

    Nardaran müəllimləri böyük həvəslə təlimlərə qatılacaqlarını bildiriblər

    Bakı. 6 aprel. REPORT.AZ/ Nardaran Bilik Evində Bilik Fondu və Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun əməkdaşlarının yerli müəllimlərlə görüşü keçirilib. Görüşdə təhsilin inkişafı, məktəblilərin vətənə yararlı fərd olaraq yetişdirilməsində ailənin, təhsil ocaqlarının, həmçinin cəmiyyətin rolu ilə bağlı fikir mübadiləsi aparılıb.

    Bu barədə "Report"a Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektorundan bildirilib.

    Nardaran qəsəbəsi, 295 nömrəli tam orta məktəbin direktoru, millət vəkili Dilarə Cədrayılova gənc nəslin tərbiyəsində təhsillə yanaşı, mütəmadi olaraq maarifləndirici tədbirlərin də keçirilməsinə böyük ehtiyac olduğunu bildirib.

    Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Bilik Evində təşkil olunacaq kursların faydasından, yerli əhalinin Bilik Evinə cəlb olunmasının yollarından danışıb.

    Tədbirdə “Ümumtəhsil məktəblərinin pedaqoji kadrlarının peşəkar inkişafı“ mövzusunda Bilik Fondu və Təhsil Problemləri İnstitutunun birgə keçirməyi planlaşdırdığı seminar-treninqlər barədə məlumat verilib.

    Təhsil sistemindəki islahatlardan və onların təlimin keyfiyyətinin yüksəldilməsində faydasından, həmçinin qarşıya çıxan problemlərdən bəhs edən Nardaran müəllimləri böyük həvəslə təlimlərə qatılacaqlarını bildiriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi